Naxçıvan Dövlət Universitetinin tələbələri mübadilə proqramları vasitəsilə yerli və xarici universitetlərdə təhsillərini davam etdirəcəklər.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Universitetindən məlumat verilib.
 
Görüşdə ali təhsil ocağının rektoru Elbrus İsayev qeyd edib ki, yerli və xarici universitetlərlə bağlanmış əməkdaşlıq müqavilələri və ikili diplom proqramları vasitəsilə tələbələrin yerlərdə təcrübə və dərs keçməsi təmin edilir. Belə ki, tələbə-müəllim mobilliyi sahəsində bir sıra universitetlərlə əldə olunan razılığa əsasən NDU-nun müəllim və tələbələri həmin universitetlərdə bir müddətlik təhsil və fəaliyyətini davam etdirirlər. Yeni tədris ilində də bu proses uğurla həyata keçirlir.  Rektor  tələbələri təbrik edərək onlara elmi nailiyyətlər arzu edib.    
 
Qeyd edək ki, Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan Dillər Universiteti, Türkiyənin Qaradəniz Texnik Universiteti, Çankırı Karatekin Universiteti və Qars Qafqaz Universiteti arasında imzalanmış əməkdaşlıq müqaviləsi əsasında tələbə mübadiləsinin həyata keçirilməsi məqsədilə ali təhsil ocağının müvafiq ixtisaslarında təhsil alan tələbələr bir semestr müddətində qardaş ölkənin nüfuzlu universitetlərində təhsillərini davam etdirəcək.