2024-2025-ci tədris ilindən təmayül tədris planları əsasında yenidən təşkil olunmuş Lənkəran şəhər Rövşən Bədəlov adına 9 nömrəli tam orta məktəbinə direktor təyin edilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, tam orta təhsil səviyyəsi üzrə (X-XI siniflər) fəaliyyət göstərməyə başlayan məktəbinin direktoru vəzifəsinə Sevər Ağayeva təyinat alıb
 
S.Ağayeva bu təyinatadək Liman şəhər 1 nömrəli tam orta məktəbinin direktoru vəzifəsində çalışıb.
 
Qeyd edək ki, Lənkəran şəhər Rövşən Bədəlov adına 9 nömrəli tam orta məktəb intensivləşdirilmiş proqram və təmayül tədris planlarından istifadə etməklə şagirdlərə səmərəli təhsil imkanları yaratmağı hədəfləyir. Məktəb 5 günlük əsasda saat 09:00-dan 16:00-a kimi tənəffüslər və nahar fasiləsi nəzərdə tutulmaqla fəaliyyət göstərəcək. Günün birinci yarısında şagirdlərin akademik istiqamətləri üzrə proseslər, ikinci yarısında isə öyrədilmiş yeni mövzuların dərinləşdirilməsi, asudə vaxtlarının səmərəli təşkili həyata keçiriləcək. Bununla yanaşı məktəbdə şagirdlərinin yaş xüsusiyyətlərinə uyğun sosial-psixloji mühitin yaradılması, onların emosional və fiziki inkişafları üçün müvafiq məktəbdənkənar fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur. 
 
Nilufər HACILI
Lənkəran-Astara üzrə regional təmsilçi