“Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb çox yüksək səviyyədə təmir olunub, bütün infrastruktur və avadanlıqlarla təmin edilib”.
 
Bunu “Azərbaycan müəllimi”nə açıqlamasında Qarabağ Regional İdarəsinin müdiri səlahiyyətlərini icra edən Anar Məcidov bildirib. 
 
O bildirib ki, hazırda 500 nəfərə yaxın şagird məktəbdə təhsilə cəlb olunub:
 
“Bildiyiniz kimi, hazırda elektron sistem bağlıdır. Amma oktyabr ayının birindən sonra bütün şagirdlərin qeydiyyatı rəsmiləşdiriləcək. Təhsil şəraiti çox yüksək səviyyədədir. Elm və Təhsil Nazirliyinin, eyni zamanda, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin ciddi dəstəyi ilə biz bu məktəbdə və Qarabağda azad olunmuş bütün ərazilərdə məktəblərə ən yüksək bilik və bacarıqları olan müəllimləri dəvət etmişik. Burada işləyən müəllimlər Qarabağ regionunun sakinləridirlər. Həmçinin ən yüksək diaqnostik qiymətləndirməsi olan müəllimlər seçilib”.
 
Günel ABBAS