Əvvəlki dövrlərə aid təhsil sənədlərinin elektron sistemdə olmamasına aydınlıq gətirilib.
 
Bu barədə "Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən məlumat verilib.
 
Qeyd olunub ki, elektron arayışın yalnız uyğun sistemdə məlumat toplanandan sonra yarana bildiyi nəzərə alınmalıdır. 
 
"Məsələn, attestat arayışını təmin edən məlumatlar ümumi təhsil sistemində 2015-ci ildən başlayaraq, digər sistemlərdə daha sonrakı illərdə toplanmağa başlayıb. İndi hamıya məlum olan şəxsin unikal kodu – şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsi mövcuddur və bütün məlumatlar ona bağlıdır. Lakin sistemlər yaradılan ilk dövrlərdə bu olmadığından və sistem istifadəyə veriləndə bəzi universitetlərin bağlanmış olması səbəbindən bəzi köhnə dövrlərlə bağlı məlumatlar sistemdə tapılmaya bilər. Bu və digər hallar üçün my.gov.az və portal.edu.az portallarında Vətəndaş müraciətləri bölməsi var. Müraciətlərə baxılır, mümkün olan hallarda arxivlərdən məlumat bərpa edilir" - cavabda bildirilib.