15-21 iyun 2024-cü il tarixlərində İlyas Əfəndiyev adına Elitar gimnaziyada informatika fənni üzrə Yeniyetmələrin Avropa İnformatika Olimpiadası, Avropa Qızlar İnformatika Olimpiadası və Beynəlxalq İnformatika Olimpiadasında ölkəmizi təmsil edəcək komandalara 1 həftəlik intensiv hazırlıq proqramı təşkil edilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, olimpiada proqramına uyğun yarış, məsələlərin izahı və yeni mövzuların müzakirəsi formatında təşkil edilən proqramın məqsədi şagirdlərimizin beynəlxalq olimpiadalara hazırlıq səviyyəsinin yüksəldilməsindən ibarət olub.
 
Qeyd edək ki, 2017-ci ildən etibarən olimpiadalara hazırlıq prosesi ARTİ-nin dəstəyi ilə həyata keçirilir. Bu müddət ərzində şagirdlərimiz fərqli yaş qrupları üzrə müxtəlif miqyaslı proqramlaşdırma müsabiqələrində ümumilikdə 70 medal qazanıblar.