Təhsil Respublika İdman Mərkəzinin 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin boks bölməsinin idmançısı, ikiqat Avropa çempionu Nicat Hüseynov bu günlərdə İtaliyanın Busto şəhərində Dünya Olimpiya Təsnifat turnirində 51  kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək Paris  2024 Yay Olimpiya Oyunlarına vəsiqəni təmin edib.  Belə ki, boksçumuz ilk olaraq hindistanlı idmançı, Dünya çempionatının bürünc medalçısı Depak Depakı, ardınca gürcüstanlı idmançı Avropa çempionu Sahil Allahverdiovini, erməni rəqibi Avropa çempionatının ikincisi Rudov Qarboyanı,  lisenziya almaq üçün həlledici döyüşdə ABŞ-nin Dünya çempionatının finalçısı Rosko Hilli məğlub edərək qələbə qazanıb.

 

Rəşad ZİYADOV