Lənkəran Dövlət Universiteti (LDU) ilə reytinq təşkilatı olan "Quacquarelli Symonds" əməkdaşlığa başlayıb. 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, LDU-nun rektoru, prof. Natiq İbrahimov və  QS-un regional direktoru Sergey Xristolyubov  Lənkəran Dövlət Universiteti ilə  QS arasında Universitetin “QS Stars” reytinq qiymətləndirilməsinə qoşulmaq, eləcə də QS-in reputasiya sorğularının analitik məlumat bazasına çıxış əldə etmək məqsədi ilə əməkdaşlıq müqaviləsi imzalayıblar.
 
“Quacquarelli Symonds” (QS) təşkilatının regional direktorunu LDU-nun rektoru, prof. Natiq İbrahimov qəbul edib. Görüşdə prof. Natiq İbrahimov  son illərdə LDU-da təhsilin keyfiyyətinin yüksəldilməsi, dünya standartlarına uyğunlaşdırılması,  rəqabət qabiliyyətliliyinin artırılması , qarşıda duran hədəflər, universitetin son illərdə  beynəlxalq arenada tanıdılması istiqamətində görülən işlərdən və qarşıda duran perspektivlərdən danışıb.
 
Məlumat üçün bildirək ki, “QS Stars” beynəlxalq səviyyədə tanınmış keyfiyyət nişanıdır.
 
Nilufər HACILI,
Lənkəran-Astara üzrə regional təmsilçi