Qarabağ Universitetində Mühəndislik, İqtisadiyyat və Turizm fakültələrinə dekan vəzifələri üzrə vakansiyalar elan edilib.  
 
"Azərbaycan müəllimi" xəbər verir ki, tələblərə cavab verən namizədlər müraciətlərini mövzu yerinə “_ (sahəsi üzrə) fakültə dekanı” yazmaqla [email protected] elektron poçt ünvanına göndərə bilərlər. 
 
Vakansiyalar üzrə son müraciət tarixi 15 iyun 2024-cü ildir. Namizədlər ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərlər: https://t.ly/0t4h5