Mayın 31-də Türk Dövlətləri Təşkilatı və Türk Akademiyasına üzv, həmçinin müşahidəçi dövlətlərin nümayəndə heyətləri Füzulidə səfərdə olublar. 
 
Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə yaradılmış şəraitlə tanış olan qonaqlar məktəbin müəllim və şagird kollektivi ilə görüşüb, məktəblilərin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçiriblər.
 
Qonaqlar, eyni zamanda məktəbdə "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr edilmiş guşə ilə tanış olublar.