İnsan Resursları Mərkəzi aprelin 17-dən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə start verib.

 

Mərkəzdən “Azərbaycan müəllimi”nə bildirilib ki, ilkin vakansiya seçimi mərhələsində dövlət ümumi təhsil müəssisələrində çalışan şəhid ailələrinin üzvləri iştirak edəcəklər.

 

Namizədlər şəxsi səhifələrinə daxil olaraq vakant yer seçimi edə bilərlər. Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə vakansiya seçimi birinci mərhələdə 19 aprel saat 11:00-dək davam edəcək.