Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 10 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının iştirakçıları arasında 39 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
 
 
Onu da qeyd edək ki, imtahanda iştirakı nəzərdə tutulan 53102 nəfərdən 479 nəfər imtahana gəlməyib. İmtahan qaydalarını pozduğu üçün 11 nəfərin nəticəsi ləğv olunub.
 
Xatırladaq ki, martın 3-də keçirilmiş buraxılış imtahanında da 14 şagird maksimum bal toplamışdı.