Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki 34 təhsil müəssisəsində mart ayı ərzində monitorinq keçirilib.

 

"Azərbaycan müəllimi" xəbər verir ki, monitorinqlər əsasən təhsil müəssisələrində məktəb sənədləri ilə işin təşkili, infrastruktur və maddi-texniki təminat, dərs prosesinin düzgün qurulması məsələləri ilə bağlı aparılıb.

Təhsil müəssisələrində aparılmış monitorinqlər zamanı aşkar edilmiş nöqsanlara əsasən, qanunvericiliklə müəyyən olunmuş əmək funksiyası və vəzifəsini düzgün yerinə yetirmədiyi üçün Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müvafiq əmrləri ilə 6 təhsil müəssisəsinin rəhbərinə xitam, 10 müəssisə rəhbərinə töhmət, 6 müəssisə rəhbərinə şiddətli töhmət verilib, 2 müəssisə rəhbərinə xəbərdarlıq edilib.

Qeyd edək ki, monitorinqlərin sistemli və ardıcıl şəkildə davam etdirilməsi və bütün təhsil müəssisələrini əhatə etməsi nəzərdə tutulur.