Təhsil Tələbə Krediti Fondu (TTKF) və Azərbaycan Hotel Assosiasiyası (AHN) arasında birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, memorandumu TTKF-in İdarə Heyəti sədrinin müavini Bəhruz Əzimov və AHA-nın baş icraçı direktoru Günay Sağlam imzalayıblar.
 
Qarşılıqlı səmərəli əlaqələrin qurulmasına xidmət edəcək memorandum könüllü və təcrübə proqramları, o cümlədən seminar və təlimlər keçirilməsinin dəstəklənməsi, tələbə və məzunların ixtisaslarına uyğun təcrübə proqramlarına cəlb edilməsi, müvafiq sahə üzrə vakansiyalar yaranarsa, təhsil tələbə kreditlərindən yararlanmış təhsilalanlara və məzunlara üstünlük verilməsi məqsədilə birgə fəaliyyətin təşkilini nəzərdə tutur.