Azərbaycan Gənc Müəllimlər Assosasiyası (AGMA) Gəncə şəhər 29 nömrəli tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Gənc müəllimlərin yaşıl dünya konfransı: ətraf mühit naminə dayanıqlı inkişaf” adlı tədbir keçirib.

 

Elm və Təhsil Nazirliyi, Gənclər Fondu və “Gənc Könüllülər” İctimai Birliyinin tərəfdaşlığı ilə keçirilən tədbirdə Gəncə Şəhər Təhsil Sektorunun müdiri Nərgiz Həsənova çıxış edərək, konfransın mövzusu ilə bağlı fikirlərini bildirib.

 

AGMA-nın sədri Səkinə Həsənova isə bu cür konfransların əhəmiyyətindən söz açıb, tədbirin daha bir neçə regionda da keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.