2023-cü ildə Bakı Dövlət Universitetinin (BDU) tarix fakültəsinin əməkdaşları tərəfindən  bakalavriatura və magistratura səviyyələri üçün 4 dərslik, 15 dərs vəsaiti, 7 monoqrafiya, 2 kitab, 232 elmi məqalə dərc olunub.  Bu elmi məqalələrin 181-i respublikada (61-i Ali Attestasiya Komissiyasının siyahısına daxil edilmiş nüfuzlu jurnallarda, 81-i konfrans materiallarında, 37-si digər yerli jurnallarda), 44-ü xaricdə nüfuzlu jurnallarda (16-sı “Scopus” məlumat bazasında indekslənmiş jurnallarda) dərc edilib.

 

İl ərzində fakültə əməkdaşları yerli və beynəlxalq konfranslarda iştirak ediblər. Onların irəli sürdükləri 23 tezis yerli, 43 tezis beynəlxalq konfrans materiallarında çap olunub.  2023-cü ildə fakültədə 29 elmi seminar, 8 ustad dərsi keçirilib.