5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi Elm və Təhsil Nazirliyinin, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə “Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan” adlı II Çay  Festivalını keçirib.  

 

Festival çərçivəsində dərnək üzvləri arasında “Azərbaycan və Türk xalqlarını birləşdirən qonaqpərvərliyimiz çay süfrəsi  arxasında” adlı ən yaxşı təqdimat müsabiqəsi təşkil olunub.

 

Bundan başqa, “Süfrələrin yaraşığı çay” adlı  rəsm və əl işlərindən ibarət sərgi,  Astara rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə birgə Qala konserti və  ustad dərsi keçirilib,  “Astaraçay” MMC-nin nəzdində  Çay muzeyinə və  Çay Fabrikinə,  Astara rayon “Tarix- diyarşünaslıq”  muzeyinə, Hirkan Milli Qoruğu ərazisində yerləşən Xanbulan gölünə ekskursiyalar təşkil olunub.

 

Festival iştirakçılar tərəfindən maraqla qarşılanıb.

 

Qeyd edək ki, I Çay Festivalı 2023-cü ildə keçirilib.