Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağı keçirilir.

 

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdir müavini Məhərrəm Əhmədov, elm və təhsil naziri Emin Əmrullayev, Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurasının (TÜBİTAK) başqanı professor Hasan Mandal, AMEA-nın Rəyasət Heyətinin üzvləri, elmi müəssisə və təşkilatların direktorları, ali təhsil müəssisələrinin rektorları iştirak edirlər.

 

Əvvəlcə 2023-cü ilin yekunlarına həsr olunmuş sərgiyə baxış olub.

 

İclası AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq Ümumi yığıncağın gündəliyindəki məsələləri diqqətə çatdırıb.

 

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 

Ümumi yığıncaqda akademik İsa Həbibbəylinin “AMEA-da yeniləşmə prosesləri: ilkin nəticələr və perspektivlər” və elm və təhsil naziri Emin Əmrullayevin “Elm siyasətinin reallıqları və perspektivləri” mövzularında məruzələri dinlənilib.