“Hədəf” liseyinin Azadlıq filialının 50-yə yaxın abituriyenti “UNEC-də bir gün” layihəsində iştirak edib.

 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 3 saylı tədris binasında keçirilən görüşdə abituriyentlərə ixtisaslar, keçid balları, xüsusi təqaüd imkanları, dünyanın müxtəlif ölkələrinin universitetləri ilə həyata keçirilən ikili diplom və mübadilə proqramları və s. barədə ətraflı məlumat verilib. Həmçinin abituriyentləri maraqlandıran suallar cavablandırılıb.

 

Sonra abituriyentlər tədris binasındakı kitabxana, laboratoriyalar, idman zalı, tələbə yeməkxanası və auditoriyalarla tanış olublar.

 

“UNEC-də bir gün” layihəsində iştirak etmək istəyənlər, 492- 68- 16 telefonu ilə əlaqə saxlayaraq və ya universitetin rəsmi facebook, instagram səhifələrinə yazaraq, ali məktəblə tanış ola bilərlər.