Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) STP Şirkətlər Qrupunun “Sabahın Gücü” İnkişaf Proqramının təqdimatı keçirilib. 

 

“Sabahın Gücü” İnkişaf Proqramının layihə rəhbəri, şirkətin İstedad və inkişaf şöbəsinin rəhbəri Türkan Məmmədova layihənin məqsədi, o cümlədən istedadlı tələbələrin ödənişli təcrübə proqramına cəlb edilməsi prosesi haqqında ətraflı məlumat verib.

 

Daha sonra proqram üzrə tələbə və magistrantlar üçün müsahibələr aparılıb. Qeyd edək ki, iştirakçılar layihə çərçivəsində təşkilatçı tərəfindən keçirilən təlim zamanı ödəniş alacaqlar.


6 aydan 12 aya qədər müddəti əhatə edən proqramın məqsədi ölkəmizdə sənaye sektoru üçün müxtəlif mühəndislik fənləri və texniki sahələr üzrə ixtisaslaşmış mütəxəssislərin hazırlanmasıdır.