Azərbaycan Texnologiya Universitetində Almaniyanın Trier Tətbiqi Elmlər Universitetinin Magistratura şöbəsinin müdiri Prof. Dr. Patrick Siegfriedin elmi seminarı keçirilib.

 

“Startap şirkətlərində xidmət mühəndisliyi” mövzusuna həsr edilmiş seminarda professor-müəllim heyəti, eləcə də magistr və doktorantlar iştirak edib, alman professorla müvafiq sahənin aktual məsələləri müzakirə olunub.