Almaniyanın Fellbax-Şmiden şəhərində keçirilən beynəlxalq turnirdə iştirak edən bədii gimnastlarımız vətənə qələbə ilə dönüblər. Bu uğura onlar çoxnövçülüklə yanaşı, 5 ip və 5 topla hərəkətlərin təqdimatında xüsusilə fərqlənərək imza atıblar. Milli yığmamızın tərkibində mübarizə aparan gimnastlarımız  Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadurova Ayan Sadıqova və Zəhra Cəfərova fəxri kürsünün ikinci pilləsinə qalxaraq 3 gümüş medala sahib olublar.

 

Sifai SƏFƏROVA