Elm və Təhsil Nazirliyi tərəfindən dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi üzrə apellyasiya müraciətlərinin qəbuluna başlanılır.  

  

Müsahibə mərhələsində uğur qazanmayan namizədlər https://portal.edu.az/ səhifəsində qeydiyyatdan keçməklə müraciət edə bilərlər. 

  

Müraciətlərin qəbulu 21 yanvar saat 18:00-da başa çatacaq və qeyd olunan tarixdən sonra edilən müraciətlərə baxılmayacaq. 

  

Müraciət vaxtı başa çatdıqdan sonra namizədlərin şəxsi səhifələrinə müsahibə qrafiki barədə məlumat göndəriləcək.