Direktorların müsahibə mərhələsi üzrə apellyasiya müraciətlərinin qəbulu

Elm və Təhsil Nazirliyi tərəfindən dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi üzrə apellyasiya müraciətlərinin qəbuluna başlanılır.  

  

Müsahibə mərhələsində uğur qazanmayan namizədlər https://portal.edu.az/ səhifəsində qeydiyyatdan keçməklə müraciət edə bilərlər. 

  

Müraciətlərin qəbulu 21 yanvar saat 18:00-da başa çatacaq və qeyd olunan tarixdən sonra edilən müraciətlərə baxılmayacaq. 

  

Müraciət vaxtı başa çatdıqdan sonra namizədlərin şəxsi səhifələrinə müsahibə qrafiki barədə məlumat göndəriləcək. 

 

 



19.01.2023 | 10:00