Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin uğurlu layihələrindən biri olan Azərbaycan multikulturalizmi fənninin xarici ölkə universitetlərində tədrisi davam edir.

 

Mərkəzdən bildirilib ki, bu günlərdə Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti və Yeni Bolqar Universitetinin tələbələri üçün növbəti mühazirə təqdim olunub. Online şəkildə təşkil edilən mühazirə “Multikulturalizm və xarici siyasət” mövzusuna həsr edilib.

 

Mühazirəçi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Tədris şöbəsinin müdiri, dosent İrina Kunina sonda tələbələri maraqlandıran sualları cavablandırıb.

 

Qeyd edək ki, hazırda dünyanın 22 aparıcı universitetində Azərbaycan multikulturalizmi fənni uğurla tədris olunur.