Küveytdə fəaliyyət göstərən Ərəb Media Forumunun prezidenti Madi Əl Xamis Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələri ilə onlayn formatda görüşüb.

 

Görüşdə ərəb ölkələrində medianın tarixi inkişaf yolu və hazırki vəziyyəti, Azərbaycan və ərəb ölkələri mediası arasındakı əlaqələr, jurnalistikanın nəzəri əsasları, müasir meylləri, həmçinin Madi Əl Xamisin müəllifi olduğu "Jurnalistikanın on qızıl qaydası" kitabı ilə bağlı müzakirələr aparılıb.

 

Görüşün əvvəlində qonağa Jurnalistika fakültəsində həyata keçirilən təlim-tədris prosesi haqqında qısa məlumat verilib.

 

Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının təşkilatçılığı ilə baş tutan görüşə BDU-nun rəhbərliyi, fakültə dekanlığı və Azərbaycanın Küveytdəki səfirliyi təşkilati dəstək verib.

 

Qeyd edək ki, Ərəb Media Forumunun prezidenti Madi Əl Xamis 2021-ci ilin noyabrında Bakıda səfərdə olub.