Bakı Mühəndislik Universitetinin (BMU) Tələbə Həmkarlar İttifaqı Komitəsi və “Logistika klubu”nun birgə təşkilatçılığı ilə “Öz biznesinə başla" mövzusunda təlim təşkil olunub.

 

Tədbirdə BMU-nun iqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini Elsevər İbadov çıxış edərək, tələbələrin üzərinə düşən məsuliyyət və öhdəliklər, təhsil mühitinin onlar üçün yaratdığı əlverişli imkanlardan danışıb.  Dekan müavini gələcək fəaliyyətin müəyyənləşdirilməsində, fərdi bacarıqların daha da inkişaf etdirilməsində bu cür təlimlərin önəmini qeyd edib.

 

Sonra biznes təlimçi Elvin Dadaşsoy təqdimatla çıxış edib. O, fərdi biznesin qurulması məqsədilə keçdiyi təcrübə və nail olduğu müvəffəqiyyətin sirlərini tələbələrlə paylaşıb.

 

Sonda təlimçi tələbələri maraqlandıran sualları cavablandırıb.