Ənənəyə uyğun olaraq, Nobel Mükafatları Komitəsi tərəfindən hər il elmin ayrı -ayrı sahələri üzrə mühüm kəşflərə imza atmış görkəmli alimlərə Nobel mükafatı təqdim olunur. 2024-cü ilin Nobel laureatları oktyabrın 7-14-də keçiriləcək “Nobel həftəsi”ndə elan olunacaq.
 
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə komitənin rəsmi saytı məlumat yayıb. 
 
İlk olaraq oktyabrın 7-də İsveçin Karolinsk İnstitutu tərəfindən fiziologiya və tibb sahəsində Nobel laureatının adı elan olunacaq.
 
İsveç Kral Elmlər Akademiyası tərəfindən oktyabrın 8-də fizika, oktyabrın 9-da isə kimya üzrə üzrə laureatların adları açıqlanacaq. Oktyabrın 10-da ədəbiyyat üzrə laureatın adı məlum olacaq.
 
Norveç Nobel Komitəsi tərəfindən oktyabrın 11-də 2024-cü ilin Sülh mükafatı laureatının adı açıqlanacaq.
 
Alfred Nobelin xatirəsinə iqtisad elmləri üzrə İsveç Bankının mükafatına (Sveriges Riksbank Prize) layiq görüləcək alimin adı oktyabrın 14-də elan olunacaq.
 
Xatırladaq ki, mükafatların elan olunma mərasimi dekabrın 10-da Alfred Nobelin doğum günündə Stokholmda keçiriləcək.
 
Oruc MUSTAFAYEV