2024/2025-ci tədris ili üzrə mektebeqebul.edu.az sistemindən 223 603 şagird elektron qeydiyyatdan keçirilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, 13 sentyabr tarixində şagirdlərin ümumi təhsil məktəblərinin, lisey və gimnaziyaların I sinfinə və məktəbəhazırlıq qruplarına elektron müraciət başa çatıb.
 
Cari tədris ilində ümumi təhsil məktəblərinin, lisey və gimnaziyaların I sinfinə 132 931 və məktəbəhazırlıq qruplarına isə 90 672  elektron müraciət olub.
 
Qeyd edək ki, hər iki xidmət üzrə elektron sənəd qəbulu www.mektebeqebul.edu.az xidməti vasitəsilə həyata keçirilib.