24 avqust tarixində Qlazqo Azərbaycan Məzunları Assosiasiyasının ("University of Glasgow Azerbaijan Alumni Association") təşkilatçılığı, Dövlət Proqramı İdarəetmə Qrupunun və Azərbaycan-Fransız Universitetinin dəstəyi ilə “2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2024/2025 tədris ili üzrə Böyük Britaniya universitetlərində təhsil alacaq Proqram iştirakçıları üçün ilk dəfə olaraq “Britaniyaya səfər öncəsi orientasiya” tədbiri keçirilib.
 
Dövlət Proqramı İdarəetmə Qrupundan "Azərbaycan müəllimi"nə bildirlib ki, tədbir çərçivəsində Qlazqo Azərbaycan Məzunları Assosiasiyası təşkilatının üzvləri, eyni zamanda Böyük Britaniya universitetlərində təhsil almış məzunlar bu ilki  Dövlət Proqram təqaüdçüləri ilə Britaniyada təhsil müdddəti ərzində zəruri olan məqamlar: yaşam, təhsil, nəqliyyat, sağlamlıq və s. amillər barədə təcrübələrini bölüşüblər, həmçinin akademik həyat haqqında geniş məlumat veriblər.
 
Dinamik və məhsuldar keçən məlumat sessiyasında Dövlət Proqramı çərçivəsində xaricdə təhsilə dair Porqram iştirakçılarını maraqlandıran suallar da cavablandırılıb.