Pyotr Vitalyeviç Qlıboçko “Dostluq” ordeni ilə təltif edilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
 
Sərəncama əsasən, o, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında təhsil sahəsində əməkdaşlığın və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə təltifləndirilib.