2023–2024-cü tədris ilində STEAM layihəsi 396 ümumtəhsil məktəbini və 25 STEAM mərkəzini əhatə edib. 
 
Bu barədə "Azərbaycan müəllimi"nə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
 
Bildirilib ki, ümumilikdə 170 000 şagird STEAM təhsilinə cəlb olunub.
 
MÜTDA tabeliyində və regional təhsil idarələri üzrə STEAM layihəsinə cəlb məktəblərin statistikası aşağıdakı kimidir:
 
1. Bakı Şəhəri üzrə Təsil İdarəsi - 214;
2. Abşeron-Xızı Regional Təhsil İdarəsi - 10;
3. Dağlıq Şirvan Regional Təhsil İdarəsi - 11;
4. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi - 16;
5. Lənkəran-Astara Regional Təhsil İdarəsi - 25;
6. Mərkəzi Ara Regional Təhsil İdarəsi - 20;
7. Mil-Muğan Regional Təhsil İdarəsi - 12;
8. Qarabağ Regional Təhsil İdarəsi - 17;
9. Qazax-Tovuz Regional Təhsil İdarəsi - 15;
10. Quba-Xaçmaz Regional Təhsil İdarəsi - 10;
11. Şəki-Zaqatala Regional Təhsil İdarəsi - 16;
12. Şirvan-Salyan Regional Təhsil İdarəsi - 17;
13. Məkəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tabeliyində müəssisələr - 13.