Azərbaycan Texnologiya Universitetinin (ATU) tərəfdaş olduğu, Avropa Birliyi tərəfindən maliyyələşdirilən, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) koordinatorluğu ilə həyata keçirilən “Azərbaycan Universitetlərində Yaşıl və Dayanıqlı İqtisadiyyatın Təkmilləşdirilməsi: Bərpa Olunan Enerji və İqlim Dəyişikliklərinin Azaldılması - REFRESH” layihəsi çərçivəsində İspaniya Krallığının Barselona Universitetinə (UB) təcrübə səfəri baş tutub.
 
Bu barədə universitetdən "Azərbaycan müəllimi"nə xəbər verilib. Bildirilib ki, səfərdə Azərbaycan Texnologiya Universitetini Strateji inkişaf və rəqəmsallaşma məsələləri üzrə rektor müşaviri Mehman Kərimov təmsil edib.
 
Səfər çərçivəsində iştirakçılar UB-nin Bərpa Olunan və Daynıqlı Enerji üzrə magistratura proqramının tədris planı, sillabusda əhatə olunan mövzular, proqramın məqsədi, kompetensiyalar, qəbul kriteriyaları, sessiyaların və praktik məşğələlərin təşkili, tədris metodologiyaları, qiymətləndirmə sistemləri və tələbə dəstəyi xidmətləri ilə yaxından tanış olub, Dövri İqtisadiyyat və Dayanıqlılıq üzrə İxtisaslaşma proqramı haqqında məlumat əldə ediblər.
 
Təcrübə səfərinin son günündə UB nümayəndələri tərəfindən "İnnovasiya Ekosistemlərinin Qurulmasında Universitet-Sənaye Əlaqələrinin Rolu" mövzusunda seminar, eləcə də Azərbayacanın COP29-a sədrlik etməsinin əhəmiyyəti haqqında müzakirə sessiyası baş tutub.