Peşə təhsili müəssisələrinə mərkəzləşdirilmiş qaydada işə qəbul imtahanlarının vaxtı açıqlanıb.
 
Bu barədə “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.
 
Bildirilib ki, prosesin iyul-avqust aylarında reallaşacağı gözlənilir.
 
"Müəllimlərin işə qəbulu imtahanlarına peşə təhsili müəssisələrindən 900-ə yaxın ixtisas fənn müəllimi və istehsalat təlim ustası vakant yerinin təqdim ediləcəyi gözlənilir" - deyə məlumatda qeyd olunub.