Mayın 10-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıb.
 
 
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı önünə tər çiçəklər düzülüb.