2024-2025-ci tədris ili üçün keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilir.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, müsabiqə üzrə qeydiyyat mayın 15-i saat 11:00-dan mayın 22-i saat 11:00-dək davam edəcək.
 
Qeyd edək ki, bu il ilk dəfə olaraq “ASAN Login” sistemi vasitəsilə qeydiyyat prosesi həyata keçiriləcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər “ASAN Login” əldə etdikdən sonra www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə biləcəklər.