Qarabağ Universitetinin binasında tədrisin təşkilinə uyğun olaraq yeni texnologiya planı və ümumi layihələndirmə işləri davam edir. 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, binanın inventar və avadanlıqlarla təchizatı, həmçinin laboratoriyaların qurulması işlərinə hazırlıq prosesi aparılır. 
 
İlkin texniki tapşırıqlar və laboratoriyaların təchizatı üçün nəzərdə tutulan avadanlıqların siyahısı hazırlanıb, eyni zamanda otaqların layihə üzrə təsdiqi və avadanlıqların yerləşdirilməsinin layihələndirilməsi işləri icra olunmaqdadır. 
 
Həmçinin yataqxana olaraq istifadə ediləcək binaların 431 mənzilində yataqxana şəraitinin qurulması, eyni zamanda tələbə yataqxanası və müəllimlərin yaşayacağı binanın təmizlənməsi, təmiri və təchizatı ilə bağlı işlər də davam etdirilir.