Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ)  kimya mühəndisliyi proqramı üzrə bakalavr pilləsinin tələbəsi Orxan Abdullayev dünyanın aparıcı tədqiqat mərkəzlərindən biri olan Kataloniya Kimya Tədqiqatları İnstitutunda (ICIQ) yay təqaüd proqramına qəbul olunub.

 

UFAZ-dan “Azərbaycan müəllimi” nə bildirilib ki, proqram 10 iyuldan 31 avqusta qədər davam edəcək və Orxan bu müddət ərzində kimya-informatika üzrə tədqiqatlar aparacaq.

 

O, həmçinin Avropa Şurası tərəfindən təşkil edilən 2024-cü il Gənclərin Sülh Düşərgəsinə də seçilib. Düşərgə 2 iyuldan 9 iyula qədər Strasburqda keçiriləcək. Proqramın məqsədi Avropanın müxtəlif yerlərindən olan gəncləri bir araya gətirərək sülhü və mədəni müxtəlifliyi təbliğ etməkdir.