Türkiyənin Afyon Kocatepe Universitetinin dosenti Mehmet Fatih Bozkurt Erasmus + layihəsi çərçivəsində Lənkəran Dövlət Universitetində (LDU)  olub.

LDU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, türkiyəli tədqiqatçı universitetin “Baytarlıq” ixtisasında təhsil alan tələbələrə mühazirə oxuyub və heyvanlarda olan patoloji xəstəliklər barədə məlumat verib.

LDU-nun  rektoru professor N.İbrahimov türkiyəli alimi qəbul edib. Görüş zamanı  rektor Lənkəran Dövlət Universitetinin Türkiyə ali məktəbləri ilə olan əməkdaşlığından, qarşılıqlı əlaqələri gücləndirmək istiqamətində görülən işlərdən danışıb.

Söhbət zamanı dosent Mehmet Fatih Bozkurt rektor Natiq İbrahimova Afyon Kocatepe Universitetinin Baytarlıq klinikası və  ali təhsil ocağında həyata keçirilən layihələr haqqında məlumat verib.