“Rəqəmsal bacarıqlar” təmayüllü 10-cu siniflərə qəbul üçün qeydiyyat başlayıb.
 
 
Bu barədə "Azərbaycan müəllimi" qəzetinə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən xəbər verilib.
 
 
Bildirilib ki, qeydiyyat aprelin 8-dən 29-dək davam edəcək.
 
 
Qeyd edək ki, “Rəqəmsal Bacarıqlar” təmayüllü 10-cu siniflərə qəbul olmaq üçün qeydiyyatdan keçən şagirdlər üçün birbaşa imtahana hazırlıq kursu təqdim olunacaq.
 
 
Qeydiyyat üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz.