Rəşid Behbudov adına Mahnı Teatrında Gənclər İttifaqının və Azərbaycan

 

Rəqs Assosiasiyasının birgə təşkilatçılığı ilə beynəlxalq dərəcəli rəqs müsabiqəsi keçirilib. Müsabiqəyə Bakıdan, həm də müxtəlif bölgələrimizdən, eləcə də Belarusdan iştirakçılar qatılıblar.

 

Dörd hissədən ibarət olan “Baku Open Dance Championship 2024” müsabiqəsinin birinci hissəsində gimnastik-akrobatik rəqs və “cheer dance” , ikinci hissədə akademik rəqs, “show dance” və hip-hip rəqsinin, üçüncü hissədə “Bollywood” klassik hind və dünya xalq rəqslərinin, dördüncü hissədə isə folklor etnik, folklor stilizasiya və “folklor show” rəqslərinin iştirakçıları mübarizə aparıblar.

 

“Baku Open Dance Championship 2024” müsabiqəsində rəqqasların çıxışları peşəkar münsiflər – Azərbaycan Rəqs Assosiasiyasının vitse-prezidenti, Bakı Xoreoqrafiya Akademiyasının müəllimi Ülviyyə Həsənova, Azərbaycan Dövlət “Cəngi” rəqs ansamblının baş baletmeysteri Fərhad Əliyev, Əməkdar artist Fərid İbrahimov tərəfindən qiymətləndirilib.

 

Sifai SƏFƏROVA