Dövlət Sərhəd Xidmətinin, Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin tədbirlər planına uyğun olaraq “N” saylı hərbi hissədə “Sərhəd” hərbi-idman oyunu keçirilib.

        

Hərbi-idman oyununda Beyləqan rayonunun sərhədyanı yaşayış məntəqələrində yerləşən tam orta məktəblərin X sinif şagirdlərindən ibarət komandalar iştirak ediblər.

        

“Sərhəd” hərbi idman oyununda şagirdlər sıra hazırlığı, süni nəzarət zolağının yaradılması, avtomatın sökülüb-yığılması, maskalanma və maneələrin dəf olunması, yaralanmış sərhəd naryadı üzvü­nə ilkin tibbi yardımın göstərilməsi və təxliyəsi üzrə öz qüvvələrinin sınayıblar.

        

Oyunun nəticələrinə əsasən, Qaradağlı kənd tam orta məktəbin “Bozqurd” komandası I,  I Şahsevən kənd 2 nömrəli tam orta məktəbin “Şahin” komandası II, Araz qəsəbə tam orta məktəbin “Zirvə” komandası isə III yeri tutublar.

        

Qalib komandalar kubok, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

 

Şakir CƏFƏROV