“Müəllimlərə alçaldıcı yanaşma qəti yolverilməzdir. Müəllimi qınaya-qınaya onun əlindən bütün alətləri alacağıq, müəllim olmaq istəyənlərin sayı azalacaq”.

 

Bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi mətbuat konfransında şagird davranış qaydaları haqqında danışarkən bildirib.

 

Nazir deyib ki, ailələr, valideynlər məktəblə bir yerdə işləməlidir.