Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində “Heç bir Ehtimal yoxdur" debat komandası mövsümün ən rəqabətli və maraqlı layihələrindən olan “Bakı Gənclər Debat Forumu: Qış, 2024” ün qalibi olub.

 

Forum Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı, DVC-nin təşkilatçılığı və Dünya Məktəbinin ev sahibliyi ilə keçirilib.

 

"Kriptovalyuta birjasının təhlükəsizliyinin təmin olunmasında dövlət tənzimlənməsi labüddür" mövzusuna həsr olunan və ümumilikdə 37 komandanın iştirak etdiyi foruma AzMİU 5 komanda (“Heç bir Ehtimal yoxdur”, “Gəl Qaytar Eşqimi”, “The Beatles”, “Смутное Время” və “Депутаты Без Откатов”) ilə qatılıb.

 

Finalda isə AzMİU-nun "Heç bir Ehtimal yoxdur" və Bakı Dövlət Universitetinin "Kapitan Qrantın uşaqları" komandaları qarşı-qarşıya gəlib. "Heç bir Ehtimal yoxdur" komandası qalib gələrək "BGDF Qış 2024"ün çempionu adını qazanıb.

 

Turnirin ən yaxşı məşqçisi Sənan Atayev seçilib.