Tanınmış uşaq yazarı Vüqar Haqverdiyevin “Qıvrımsaçın hoqqaları” adlanan yeni  nağıl kitabı işıq üzü görüb.

  

Uşaqlar üçün nəzərdə tutulan  bu kitabda  uşaq bağçasına gedən beş yaşlı dəcəl bir oğlanın başına gələn qeyri-adi sərgüzəştlərdən  bəhs olunur.  “Tutuquşu Cimi”, “Uçan mələfə”, “Bağça uşaqları zooparka gedir”, “Qızıl ilan” əməliyyatı” və “Uşaqlar sirkdə” adlı bir-birindən maraqlı beş hissədən ibarət olan kitabda müəllifin süjetlərə uyğun işlədiyi rəngarəng illüstrasiyalar uşaqlara əsərdəki obrazları və baş verən hadisələri daha aydın təsəvvür etməyə imkan  yaradır.

      

Sifai SƏFƏROVA