Bakı Mühəndislik Universitetinin tələbələrinin böyük mütəfəkkir Mirzə Fətəli Axundovun ingilis dilində səhnələşdirdikləri “Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur” əsərinə baxış keçirilib. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü çərçivəsində keçirilən tədbir universitetin pedaqoji fakültəsinin xarici dillər kafedrasının təşkilatçılığı ilə baş tutub.

 

Qısa aktlar formatında səhnələşdirilən tamaşada səhnəciklər arasında tələbələrin ifasında müxtəlif musiqi nömrələri də səsləndirilib.

 

Tələbələrin ingilis dili bacarıqları, oyunçuluq qabiliyyəti, aktyorluq məharəti maraqla izlənilib, səhnə performansları alqışlarla qarşılanıb.