Gürcüstanda keçirilən “Keti Cup” beynəlxalq turnirində bədii gimnastlarımız uğur qazanıblar. Bu turnirdən onlar 9 qızıl, 8 gümüş və 5 bürünc medalla Vətənə dönüblər.

 

”Ocaq Sport” klubunu təmsil edən bədii gimnastlarımız - Maya Kozaçuk 2 qızıl, 1 gümüş, Selin Yusifova 2 qızıl, 1 gümüş, Sara Cəlilli 1 qızıl, 1 gümüş və 1 bürünc, Nilufər Qasımova 1 qızıl, 1 gümüş, Suada İskakova 1 qızıl, 1 bürünc, Röya Alıkişiyeva 1 qızıl, 1 bürünc və nəhayət, Alsu Abdullayeva  isə 1 qızıl medala sahib olublar.

   

Qeyd edək ki, beynəlxalq turnirdə Ahu Aslanova, Fərəh Həsənova, İnara Abıyeva və Beril Yalın gümüş medal, Leyla Azaqova və Ayla Abbaszadə isə bürünc medal qazanıblar.

 

Çoxnövçülük üzrə yarışan bədii gimnastlarımız həmişəki kimi, bu dəfə də təmsil etdikləri  “Ocaq Sport” klubunun şərəfini öz uğurları ilə ucaldıblar.

 

Sifai SƏFƏROVA