“Clarivate Analytics” Beynəlxalq İnformasiya Agentliyinin rəsmi məlumatına əsasən, 2023-ci ilin ilk 3 ayı ərzində Bakı Dövlət Universitetinin (BDU) Hirş indeksi artaraq 56 olub (Hirş indeksi alimlərin, elmi təşkilatın fəaliyyətinin elmi əsərlər və həmin əsərlərə istinada görə kəmiyyət göstəricisidir).

 

Universitetdən bildirilib ki, hər bir əsərə istinadların orta sayı isə 6.81-ə qədər yüksəlib. Xatırladaq ki, 2018-cı ilin sonunda BDU-nun Hirş indeksi 35-ə bərabər idi.

 

Agentliyin rəsmi məlumatına əsasən, BDU-nun əməkdaşları, doktorantları və tələbələri tərəfindən “Web of Science” bazasına daxil olan dərgilərdə artıq 3761 elmi əsər nəşr edilib. Bu əsərlərə 25629 dəfə istinad edilib. Təkcə 2022-ci ildə “Web of Science” bazasına daxil olan dərgilərdə BDU tərəfindən 254 əsər (2022-ci il üzrə yekun nəticələr tam deyil, 2023-cü ilin ilk yarımilliyində tamamlanacaq) nəşr edilib və nəşr edilən əsərlərə 5603 dəfə istinad olunub ki, bu da  2018-ci ildəki istinadların sayından 2.5 dəfə çoxdur.

 

Qeyd edək ki, bu göstəricilərlə BDU Azərbaycan universitetləri arasında yenə liderdir.