1932-ci ildə yaradılan Xalq Təhsil Muzeyi  təhsilə bağlı bütün ziyalı təbəqələrin  daimi ziyarət  məkanıdır. Onlar burada Azərbaycanın tanınmış elm və təhsil  fədailəri  haqqında ətraflı məlumatlar əldə edirlər. Muzeydə nümayiş olunan fotoşəkillər, müxtəlif məzmunlu eksponatlar, təhsil ocaqları haqqında sənəd və materiallar, eləcə də  qabaqcıl maarif və elm  xadimlərinin tərcümeyi- halları  ziyarətçilər  üçün gərəkli mənbə hesab olunur.

    

Bu günlərdə Azərbaycan Texniki Universitetinin bir qrup tələbə, müəllim  və əməkdaşları da muzeyi ziyarət ediblər. Muzeydəki zəngin  materiallarla bilgilərini artıran universitetin əməkdaş və tələbələri ulu öndər Heydər Əliyevin, həmçinin Prezident İlham Əliyevin milli təhsilimizin inkişafı istiqamətində atdıqları mühüm  addımları, imzaladıqları sərəncamları əks etdirən stendlərlə də yaxından tanış olublar.

 

Tələbələri maraqlandıran suallar muzey əməkdaşları tərəfindən ətraflı cavablandırılıb.

 

Sifai SƏFƏROVA