Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Dekabr 2015 - №48

 

ADU-da Amerikada təcrübə keçmiş ingilis dili müəllimlərinin konfransı

 

Böyütmək üçün seçinDekabrın 19-da Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində TEA-2007 proqramının qalibi Təranə Əliyevanın layihəsi əsasında, ABŞ-ın Azərbaycandakı səfirliyinin maddi dəstəyi ilə TEA/PİE proqramları üzrə Amerikada təcrübə keçmiş ingilis dili müəllimlərinin “Leading the Way” adlı konfransı keçirildi.

ABŞ Təhsilli Azərbaycanlı Məzunların Birliyi (AAA) və Bakı Amerika Mərkəzinin əməkdaşlığı çərçivəsində, keçirilən konfransda çıxış edən Təranə Əliyeva Azərbaycanda ingilis dili tədrisinin keyfiyyətini artırmaq məqsədi ilə respublika üzrə Təhsildə Keyfiyyət və Nailiyyət (TEA) proqramı məzunlarının və ingilis dili müəllimlərinin bir araya gətirildiyini dedi.

ABŞ-ın Azərbaycandakı səfirliyinin mədəni məsələlər üzrə attaşesi Emi Peterson Beynəlxalq məsələlər üzrə karyerasını Azərbaycanda başladığını, burada peşəkar ingilis dili müəllimlərinin mövcud olduğunu söylədi.

ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov bu ali təhsil müəssisəsində öyrədilən ixtisaslar, bakalavr və magistr pillələrində tədris prosesi, tədqiqat işləri haqqında məlumat verdi, ali təhsil ocağının dünyanın bir çox ölkələrinin universitetləri ilə uğurla əməkdaşlıq etdiyini qeyd etdi.  

Britaniya Şurasının icraçı direktoru Elizabet Uayt konfransın təşkilini yüksək qiymətləndirdi. İngilis dilinin yayılması, ümumi ünsiyyət vasitəsinə çevrilmə mərhələlərindən danışan E.Uayt onun tədrisi məsələlərinə toxundu. “British Council”in ingilis dili müəllimləri ilə iş strategiyası haqqında məlumat verdi.

Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov ölkəmizdəki təhsil siyasəti, aparılan islahatlar haqqında danışdı. İngilis dilinin tədrisi metodologiyasına toxunan Q.Novruzov yeni tədris metodlarının yalnız ingilis dili deyil, eyni zamanda bütün fənlərin tədrisində istifadə olunmasının məqsədəuyğun olduğunu bildirdi. Qulu Novruzov bu konfransın təhsil sahəsində əməkdaşlığın inkişafına müsbət təsir göstərəcəyindən əminliyini ifadə etdi.

Təhsil Nazirliyinin nümayəndəsi Pərviz Əliyev çıxışında nazirliyin bu cür layihələri daim diqqət mərkəzində saxladığını və dəstək olduğunu qeyd etdi. 

ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanın xanımı Anna Sekuta Azərbaycan və ABŞ arasındakı uğurlu əməkdaşlıqdan söz açdı. O, ingilis dilinin tədrisi ilə bağlı fikirlərini bildirdi.

Plenar iclaslarda Anna Sekuta, Aminta Abdinova müxtəlif mövzularda çıxış etdilər.

Bölmə iclaslarında ABŞ-da təcrübə keçmiş və digər proqramlarda fəal iştirak edən müəllimlər təqdimatlarla çıxış etdilər. Təqdimatlarda ingilis dilinin tədrisinə müasir yanaşmanı əks etdirən mövzuları əhatə edən dərs nümunələri nümayiş etdirildi.

Kiyevdən online formada iclasa qatılan Amerika Dövlət Departamentinin ingilis dilinin tədrisi proqramları üzrə regional mütəxəssis-nümayəndəsi Kevin Makkoy interaktiv üsullardan istifadə etməklə ingilis dilinin tədrisi haqqında təqdimatla çıxış etdi, dili öyrənmə bacarığını inkişaf etdirmək üçün oyun keçirdi.

Sonda iştirakçılara sertifikatlar təqdim edildi.  

ADU-nun İctimaiyyətlə əlaqələr Departamenti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov