Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Dekabr 2015 - №48

 

Lənkəran Dövlət Universitetində yaradıcılıq gecəsi

 

Lənkəran Dövlət Universitetində yazıçı-dramaturq Hüseynbala Mirələmovun  yaradıcılıq gecəsi keçirilmişdir.

Tədbiri universitetin rektoru, əməkdar elm xadimi, professor Asəf İsgəndərov açaraq Hüseynbala Mirələmovu təqdim etmiş, onun yaradıcılığında gənclərin vətənpərvərlik, milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasını əks etdirən əsərlərin əsas yer tutduğunu bildirmişdir.

Universitetin dil və ədəbiyyat kafedrasının müdiri, filologiya elmləri doktoru Yədulla Ağazadə yazıçı-dramaturq Hüseynbala Mirələmovun həyat və yaradıcılığı haqqında məruzə etmişdir. Məruzəçi H.Mirələmovun 14 yaşından  “Bir tikə çörək” hekayəsi ilə yaradıcılığa başladığını, ssenariləri əsasında beş televiziya filminin çəkildiyini, dram əsərlərinin respublikanın  müxtəlif dram teatrlarında  tamaşaya qoyulduğunu diqqətə çatdırmışdır.

Görüşdə yazıçı-dramaturqun Moskvanın “Molodaya qvardiya” nəşriyyatında  “Görkəmli adamların  həyatı” seriyasından çap olunmuş  “Qeydar Aliyev”, “İlxam Aliyev-bioqrafiya prodoljaetsya” və “Zarifa Aliyeva” kitablarının siyasi-publisistik janrının ən gözəl nümunələrindən sayıldığı qeyd edilmişdir.

Pedaqogika üzrə fəlsəfə doktoru, şair Tükəzban Cahangirova  Hüseynbala Mirələmovun tələbə-gənclərlə görüşünü yüksək qiymətləndirmiş, görüşün əhəmiyyətindən, tələbələrdə dünyagörüşünün artmasında  oynadığı roldan danışmış və yazıçı-dramaturqa həsr etdiyi “Bütöv Azərbaycan sənin vətənindir” şeirini oxumuşdur.

Lənkəran şəhər 10 nömrəli tam orta məktəbin ikinci sinif şagirdi Sadiq Cəfərzadə, tələbələrdən Nərgiz Ağazadə, Şəhla Adıgözəlova və başqaları  yazıçı-dramaturqa həsr olunmuş şeir və poemalardan parçalar söyləmişlər.

Sonra Hüseynbala Mirələmovun ictimai-siyasi, ədəbi fəaliyyətini, görüşlərini əks etdirən reklam çarxı, əsərlərinə çəkilmiş kinofilmlərdən fraqmentlər göstərilmişdir.

Sonda yazıçı-dramaturq Hüseynbala Mirələmov tədbir iştirakçılarını salamlamış, onun təşkilatçılarına minnətdarlığını bildirmiş və  ona ünvanlanan  sualları cavablandırmışdır. 

Hacı Etibar Əhədov,
Lənkəran Dövlət Universiteti Mətbuat və informasiya xidmətinin rəhbəri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov